Mnatsakanayan anons verdi: “Qarabağa dair razılaşmaların nəticələrini görəcəyik” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Mnatsakanayan anons verdi: “Qarabağa dair razılaşmaların nəticələrini görəcəyik”

Zöhrab Mnatsakanayan ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlərindən danışdı

“Biz yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana və Moskvada müzakirə olunan bəzi razılaşmaların nəticələrini nümayiş edə biləcəyik”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanayan bu ölkənin İctimai radiosunun jurnalistlərinin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, hazırkı mərhələdə digər məsələlər də müzakirə olunur. ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Yerevan və Xankəndində görüşlər keçiriblər, Bakıda da görüşün keçirilməsi planlaşdırılır.

"Bundan sonra, biz daha kompleks nəticəyə gələ bilərik. Çünki hazırkı mərhələdə bu proseslər davam edir" - deyə Mnatsakanyan vurğulayıb.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun "Ermənistanın yeni rəhbərliyinə məsələnin öyrənilməsi üçün vaxt verilmişdi və hazırda o vaxt bitib" fikirlərinə münasibət bildirən erməni nazir qeyd edib ki, bu cür ritorika "danışıq ritorikası" deyil və bundan da əlavə danışıq aparan tərəfə yaraşmır".

Qeyd edək ki, mayın 27-i Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov yazılı formada Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində bildirmişdi ki, Azərbaycanda Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncəli olacağına dair müəyyən ümidlər bəslənilir: "Biz onların Azərbaycanla münasibətləri nizama salmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan, aqressiya və işğal siyasəti yürütməklə özlərini saldıqları dalandan çıxa bilməyəcəklərini dərk edəcəklərinə ümid edirik. Öz tərəfimizdən Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olmaları üçün müəyyən müvəqqəti fasilə verdik. Bu keçid dövrü artıq bitib, danışıqlar həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyyəsində bərpa olunub. Belə ki, bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mən artıq öz erməni həmkarımla (Zöhrab Mnatsakanayan – red.) iki dəfə - yanvarda Parisdə, aprel də isə Moskvada görüşdüm. Son görüş üçtərəfli formatda – Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutdu. Dialoq mövcud gündəlik üzrə mövcud formatda aparılır ki, bu da müəyyən optimizm yaradır".


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 445 29.05.19 18:23