“Ryanair” hava yolları şirkətinin London-Belfast hava reysi kuryoz bir səbəbə görə iki saat ləngiyib. Stüardessalar göyərtədə olan sərnişinləri saya bilməyib.
Bu barədə “İndependent” məlumat yayıb.
Əvvəl ekipaj üzvləri sərnişinlərin talonlarını yoxlayıb, sonra kimin təyyarədə olduğunu, kimin isə olmadığını müəyyən etmək üçün sərnişinləri ad və soyadları ilə çağırmağa başlayıblar.
“Elə təəssürat yaranmışdı ki, sanki təyyarənin salonunda artıq adam əyləşmişdi. Stüardessalar and-aman edirlər ki, sərnişinlərin sayını dəqiq müəyyənləşdirməyənə qədər təyyarə uça bilməz, qanun buna icazə vermir. Onlar tez-tez təyyarəyə enib-qalxırdılar”, - deyə şahidlərdən biri söyləyib.
Nəticədə, hava reysi iki saat müddətinə gecikib. Aviaşirkət narahatlığa görə müştərilərdən üzr istəyib.