Çin ABŞ sanksiyaları səbəbindən İrandan neft alışını dayandırıb.
Bununla bağlı “The Wall Street Journal” məlumat yayıb.
Pekin bu addımı ABŞ-la gərginliyi artırmamaq üçün qəbul edib.
Bununla yanaşı, İran Çinə neft satışının yenidən başlayacağına dair ümidini itirməyib.
Qeyd edək ki, bundan əvvəl Hindistan, Türkiyə, Şimali Koreya, Yaponiya, Tayvan, Yunanıstan və İtaliya İran neftindən imtina etmişdi.