Qazaxıstan Parlamenti Senatının bürosunun iclasında bu ölkənin fəxri senatoru statusu məsələsi nəzərdən keçirilib.
Median.Az xəbər verir ki, iclasda ilk fəxri senator statusunun Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayevə verilməsi qərara alınıb.
Qeyd edilib ki, statusun birinci Prezidentə təyin edilməsi onun Qazaxıstan dövlətçiliyinin qurucusu, insan və vətəndaş hüquq və azadlıqlarını qoruyan, ölkənin strateji kursunu müəyyənləşdirən, cəmiyyətdə birliyi təmin edən şəxs kimi tanınmasının ifadəsidir.