ABŞ-da fizika üzrə Nobel mükafatı laureatı Marri Gell-Mann dünyasını dəyişib.
Bu barədə Santa-Fe İnstitutunun yaydığı məlumatda deyilir.
Verilən məlumata əsasən, 89 yaşlı alim mayın 24-də evində ölüb.
Qeyd edək ki, Marri Gell-Mann Nobel mükafatını elementar hissəciklərin təsnifatı və onların bir-birilə qarşılıqlı təsiri ilə bağlı kəşfinə görə 1969-cu ildə alıb. O, eləcə də fizikaya bəzi mezonların parçalanmasını başa düşməyə imkan verən “qəribəlik” kvant ədədini daxil edib.