Yaponiyanın "Panasonik" şirkəti Çinin "Huavey" kompaniyası ilə əlaqələrini dayandırıb.
Median.Az Axar.az-a istinadən xəbər verir ki, əlaqələrin dayandırılmasına səbəb kimi "Huavey"ə qarşı tətbiq edilən ABŞ sanksiyaları göstərilib. "Panasonik" "Huavey"ə məhdud sayda bir sıra komponentlər verdiyini və indi qəbul etdiyi qərarın şirkətə böyük zərər vurmayacağını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ şirkətlərinin "Huavey"lə əməkdaşlığının qadağan edilməsindən sonra Quql bu markalı telefonların "Android" sistemi ilə təminatını dayandırıb.