Zelenski Moskvaya qarşı “qamçı və kökə” siyasəti yürüdəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Zelenski Moskvaya qarşı “qamçı və kökə” siyasəti yürüdəcək

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırmasına səbəb Moskvanın prezidentin irəli sürdüyü təşəbbüsləri cavabsız qoymasıdır.

Bunu Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Boqdan “112 Ukraina” telekanalının efirində bildirib.

Boqdan xüsusi olaraq bildirib ki, Zelenskinin Vaşinqtona etdiyi müraciət Rusiyanın ukraynalı dənizçilərin sərbəst buraxılması üzrə danışıqlar prosesinə razılaşmaması ilə əlaqədardır.

Administrasiya rəhbəri Zelenskinin Rusiyaya qarşı “qamçı və kökə” (arzuolunan nəticəni əldə etmək üçün tətbiq olunan mükafatlandırma və cəza kombinasiyası – red.) siyasəti yürüdəcək.

“Biz hədəfə doğru irəliləməliyik. Hədəfə çatmaq üçün bütün vasitələr məqbuldur. Bildiyimiz kimi, iki üsul var – qamçı və kökə üsulu. Biz Rusiya hakimiyyətinə lazımi bütün siqnalları göndəririk, biz söhbət aparmağa və kompromislərə hazırıq”, - deyə Boqdan vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 440 22.05.19 12:04