Ukrayna prezidenti Vladimir Zelenski biznes ortağı Sergey Şefiri özünün birinci köməkçisi təyin edib. Bu barədə fərman bu gün prezidentin rəsmi saytında dərc edilib.
“Sergey Naxmanoviç Şefir Ukrayna prezidentinin birinci köməkçisi təyin edilsin”,- deyə prezidentin fərmanında bildirilir.
Sergey Şefir konsert təkilatçılığı ilə məşğul olan “Studii Kvartal 95” şirkətinin təsisçisi və Zelenski ailəsinin biznes ortağıdır. O biznes - konqlomerata daxil olan 10 şirkətə nəzarət edir. Şefir müsahibələrindən biri zamanı qeyd edib ki, Zelenski prezident seçkiləri ərəfəsində öz biznes payını ona və qardaşı Borisə təhvil verib.
Qeyd edək ki, Zelenski oliqarx İqor Kolomoyskinin şəxsi vəkili olan Andrey Boqdanı Prezident Administrasiyasına rəhbər təyin edib.