Ukraynanın eks-prezidenti Petro Poroşenko barədə cinayət işi açılıb.
Median.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat açıqlayıb.
Məlumata görə, Poroşenko xəyanətdə ittiham edilib. Belə ki, onun ötən ilin 25 noyabrında Kerç boğazında Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən saxlanılması və 22 dənizçinin həbs edilməsinə səbəb olduğu qeyd olunub.
Buna görə də sabiq prezident barəsində “Konstitusiion sistemi zorla dəyişdirmək və ya devirmək” və “Xəyanət” maddələri ilə cinayət işi açılıb.