Dünyada ən yüksək əməkhaqqı verən şəhər məlum olub.
ABŞ-ın San-Fransisko şəhəri İsveçrənin Sürix şəhərini keçərək dünyanın ən yüksək maaşlı şəhərləri siyahısında ilk yeri tutub.
Bu barədə “Bloomberg” “Deutsche Bank”ın (Alman Bank) illik reytinqinə əsasən xəbər verir.
Araşdırmalar nəticəsində məlum olub ki, San-Fransiskoda orta əməkhaqqı vergi daxil olmaqla 6.5 min dollar, Sürixdə 5.9 min dollardır. Siyahının üçüncüsü Nyu-Yorkda isə bu rəqəm 4.6 min dollardır.
Ən yüksək maaşlı şəhərlər sırasında Boston, Çikaqo, Sidney, Oslo, Kopenhagen, Melburn və London da var.