Pakistanda 500 şəxsdə QİÇS aşkarlanıb.
Median.Az Sputnik.az-a istinadən xəbər verir ki, ingilis mediasının məlumatına görə, onların 437-si uşaq olub. Virusun belə geniş yayılmasınada səbəb olaraq iynələrin təkrarən istifadəsi göstərilib. Hətta bu işdə günahlandırılan həkimlərdən bir neçəsi də məsuliyyətə cəlb olunub.
Pakistanın Səhiyyə Nazirliyi isə QİÇS ilə bağlı yaydığı məlumatda hazırda ölkədə qeydiyyatda olan belə xəstələrin ümumi sayının 23 min olduğunu açıqlayıb.