"Whatsapp" istifadəçilərinin çoxdandır gözlədiyi xüsusiyyət Beta istifadəçilərinə təqdim olunub.
Median.Az Metbuat.az-a istinadla bildirir ki, uzun müddətdir gözlənilən qaranlıq rejim xüsusiyyəti Beta istifadəçilərinə təqdim olunub. Bir çox tətbiqdə görülən qaranlıq rejim xüsusiyyəti böyük marağa səbəb olur.
Yalnız "Whatsapp" beta tətbiqi üçün yayımlanmış qaranlıq rejimə yalnız parametrlər menyusu vasitəsilə istifadə etmək olurdu.
Son düzəlişdən sonra "Whatsapp Android Beta" versiyasında indi zənglər, statuslar və söhbətlər hissəsində də qaranlıq rejim xüsusiyyətinə yer verilir.
"Whatsapp"a gəlməsi gözlənilən gecə rejimi xüsusiyyəti gecələr gözləri yormaması və cihazın batereya ömrünü uzatması üçün istifadə olunur.
Yavaş-yavaş bütün sosial media platformlarında gördüyümüz bu xüsusiyyət yaxında "Whatsapp"da da istifadəyə veriləcək.