Dünyanın bir nömrəli kriptovalyutası sayılan bitkoin ötən gecə baş vermiş kəskin ucuzlaşmadan sonra yenidən dirçəlib.
Bitstamp saytının 09.39-a olan məlumatına görə, sözügedən kriptovalyutanın qiyməti 7,2 min dollara qalxıb.
Qeyd edək ki, bir neçə saat əvvəl bitkoin gözlənilmədən 20 faiz ucuzlaşmışdı.
* * * * *
Dünyanın ən populyar kriptovalyutası sayılan bitkoin 20 faizdən çox ucuzlaşıb. Bir bitkoin hazırda 6,3 min dollardan da ucuz satılır.
Bu barədə “Reuters” Bitstamp birjasının məlumatlarına istinadən məlumat yayıb.
Agentlik, kəskin ucuzlaşmanın nə ilə əlaqədar olduğunu öyrənə bilməyib.
Bundan əvvəl, bitkoin məzənnəsinin 2018-ci ilin iyul ayından bəri ilk dəfə olaraq 8000 dollara qalxdığı xəbər verilirdi.