Amerikanın "Honeywell" şirkətinə məxsus "Diamond DA40" tipli birmühərrikli təyyarə cümə axşamı Dubay beynəlxalq hava limanında qəzaya uğrayıb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Əş-Şark əl-Ausat" qəzeti yazıb.
Nəticədə göyərtədə olan dörd nəfərdən ikisi – pilot və köməkçisi ölüb.
Qəzaya ilkin səbəb olaraq texniki nasazlıq göstərilir.
Dubay hava limanı qəzadan sonra bir müddət fəaliyyətini dayandırıb. Hazırda ştat rejimində işləyir.