Rusiyada bir milyona yaxın sakin QİÇS virusu ilə yaşayır.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin hesabatında deyilir.
Qeyd olunur ki, 2018-ci ildə 896 min QİÇS xəstəsi qeydə alınıb.
Hesabatda həmçinin bildirilir ki, 100 min nəfər xəstənin bu virusa yoluxmasından xəbəri yoxdur.
Bundan əvvəl, Rusiyada QİÇS xəstələrindən 25 faizinin bu xəstəliyə yoluxmasından xəbəri olmadığı deyilirdi.