ABŞ prezidenti Donald Tramp mayın 16-da - yəni bu gün miqrasiya siyasətinin dəyişilməsi ilə bağlı dövlət proqramını təqdim etməyə hazırlaşır. Proqramın layihəsi onun müşavirləri Cared Kuşner, Stiven Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanıb.
Bu barədə Newsru.co.il saytı məlumat yayıb.
Məlumatlara görə, mühacirlərin qəbulu sistemində buna qədər ailə bağları əsas götürülürdüsə, dəyişikliklərdən sonra ingilis dilində danışa bilən, təhsilli və Birləşmiş Ştatlar ərazisində işləmə təklifi almış şəxslərə üstünlük veriləcək.
Bundan başqa, islahatlarda “Green Card” kimi tanınan, daimi yaşayış statusu hüququnun verilməsi ilə bağlı keçirilən lotereyanın tamamilə ləğv olunması nəzərdə tutulur.