Hollivud aktrisası və müğənni Doris Dey 97 yaşında dünyasını dəyişib.
Bu barədə bazar ertəsi, mayın 13-də, “The Independent” nəşri xəbər verir.
Məlumatı həmçinin aktrisanın təsis etdiyi heyvanların müdafiə fondu da təsdiqləyib.
D.Deyin ölüm səbəbi hələlik açıqlanmayıb.
Doris Dey 1922 ildə aprelin 3-də Ohayo ştatının Sinsinnati şəhərində anadan olub. 17 yaşında o musiqi karyerasına başlayıb, 1947-ci ildən 1967-ci ilə qədər 650-dən çox mahnı yazıb.
Kino sahəsində ilk ekran işi “Açıq dənizdə sevgi macərası”. O, həmçinin “Qayıt, mənim məhəbbətim”, “Müəllimin sevimlisi” kimi filmlərdə rol alıb.
Hollivud ulduzu “Oskar” və “Qremmi” mükafatına layiq görülüb, 2004-cü ildə Corc Buş tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.