Bu ilin əvvəlindən Avropaya Aralıq dənizi ilə 17 min miqrant gəlib, bunlardan 443 nəfəri ölüb və ya itkin düşüb.
Median.Az Beynəlxalq Miqrasiya Təşkilatına (İOM) istinadən xəbər verir ki, gələnlərdən 7839 nəfərinin Yunanıstana, 7202 nəfərinin İspaniyaya, 873 nəfərinin İtaliyaya, 778 nəfərinin Kiprə, 308 nəfərinin isə Maltaya pənah gətirdiyi qeyd olunub.
Açıqlamaya görə eyni müddət ərzində dünyada 878 miqrant və məcburi köçkün ölüb. Bunların 106 nəfəri ABŞ – Meksika sərhədində, 74 nəfəri Karib dənizi regionunda, 70-i Afrika Buynuzu bölgəsində, 54 nəfəri isə Şimali Afrikada dünyasını dəyişib.
Ötən ilin müvafiq dövründə isə Avropaya 24 492 miqrant gəlib ki, onlardan da 872 nəfər ölüb.