Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində avtomobil trolleybusla toqquşub.
“RİA Novosti”nin məlumatına görə, bu barədə FHN-nin region idarəsi üzrə mətbuat xidməti informasiya yayıb.
Hadisə nəticəsində avtomobilin 21 yaşlı sürücüsü və 20-22 yaşlarında olan dörd sərnişini həyatını itirib.
Bundan başqa, qəza nəticəsində üç nəfər yaralanıb. Onlardan ikisi hadisə vaxtı trolleybusda olub.
Bədbəxt hadisə ilə bağlı Rusiya CM-nin 264.5-ci maddəsilə (“yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması”) cinayət işi açılıb.
Qəzanın təfərrüatı araşdırılır.