Moskvada güclü külək və tufan olub, dolu yağıb.
Təbii fəlakət zamanı 12 nəfər müxtəlif xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
RİA Novosti xəbər verir ki, güclü külək şəhərdə 70-dən çox ağacı aşırıb.
Sinoptiklərin məlumatına görə, yaxın 2 gün ərzində Mokvada hava şəraiti pisləşəcək. Rusiya paytaxtında güclü yağışlar və dolu gözlənilir.