"Air France" aviaşirkətinə məxsus sərnişin təyyarəsi çərşənbə günü İranın İsfahan şəhərinin Şəhid Beheşti adına hava limanına eniş edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Böhran Vəziyyətləri üzrə İdarəyə istinadən IRNA məlumat yayıb.
Layner Parisdən Mumbaya uçurmuş. Təcili enişin səbəbləri açıqlanmır.
Daha əvvəl təyyarənin İsfahan səmasında itdiyi bildirilirdi.