Danimarkanın Qadın Veteranlar Birliyi son 2 ildə təcavüzə məruz qaldığını iddia edən 100-dən artıq hərbçi qadından şikayət qəbul etdiklərini bildirib. Median.Az xəbər verir ki, Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qurum bu barədə Danimarka Silahlı Qüvvələrinə müraciət edib.
Danimarka Silahlı Qüvvələri isə bu müraciətlə bağlı açıqlama yayıb.
Açıqlamada olaylarla bağlı araşdırmaya başlanıldığı qeyd olunub. Məlumata əsasən, artıq 9 belə faktla bağlı istintaq başlanıb.