Fransada naməlum silahlı şəxs 5 nəfəri girov götürüb.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Tuluza şəhəri yaxınlığında yerləşən Blanyak kommunasındakı tütün məmulatları mağazasında qeydə alınıb.
"O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açmaqla hədələyir. Həmin şəxs danışıqlar aparmağa nümayəndə gəlməyəcəyi və mühasirənin götürülməyəcəyi təqdirdə girovları öldürəcəyini bildirib", - məlumatda qeyd olunub.