Moskvanın “Şeremetyevo” aeroportunda təyyarənin qəzaya uğraması zamanı daxilindən çəkilən görüntülər yayımlanıb.
“YouTube” video portalında yayımlanan görüntülər sərnişinlərdən biri tərəfindən lentə alınıb.
Kadrlardan görünür ki, alov təyyarəni tamamilə bürüyüb və göyərtədəki sərnişinlər təşviş içində qışqıraraq, kömək istəyirlər.
Xatırladaq ki, dünən baş verən hadisə zamanı 41 nəfər ölüb, 37 nəfər xilas olub.