Rusiyalı müğənni Qriqori Leps Litvada arzuolunmaz şəx siyahısına daxil edilib.
Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, sənətçinin ölkəyə girişinə qadağa qoyulub. Bu barədə Litvanın daxili işlər naziri Eymutis Misyunas göstəriş verib. Qərara səbəb Lepsin ABŞ-da kriminal hadisədə günahlandırılması göstərilib.
Belə ki, müğənni 2013-cü ildə ABŞ-da “qara siyahı”ya salınıb. Amerika hökuməti Lepsin “Qardaşlıq dairəsi” cinayətkar qruplaşması ilə əlaqəsi olduğunu irəli sürüb. Müğənninin ölkəyə girişinə İsrail və Ukrayna da qadağa qoyub.