Son günlər Cənubi Afrika Respublikasında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 90-a çatıb.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təbii Fəlakətləri İdarəetmə Mərkəzindən bildirilib.
Təbii fəlakətin daha geniş vüsət aldığı üç əyalətdə 87 nəfər ölüb, onların 71-i KvaZulu-Natal əyalətinin sakinidir.
Qeyd edək ki, aprel ayının son günləri bu region üçün nadir olan tropik siklonun şimal-qərbdən cənu-şərq istiqamətində ölkə ərazisindən keçməsi ilə leysan yağışları yağıb, nəticədə daşqınlar meydana gəlib. İnsan tələfatının hələlik yalnız bir qismi hesablanıb.
Xilasetmə və yardım işlərinə ölkənin Milli Müdafiə Qüvvələri də cəlb olunub.