Şimal dənizində Norveçin “Equinor” neft-qaz şirkətinin işlətdiyi “Snorre B” neft hasilatı platformasında yanğın baş verib.
Median.Az TASS-a istinadən xəbər verir ki, Norveçin cənub xilasetmə xidmətlərinin əlaqələndirmə mərkəzindən verilən məlumata görə, platformadan alov və tüstü çıxmağa başlayanda işlər dayandırılıb: “Görünür, vəziyyəti nəzarətə almaq mümkün olur”.
“Reuters” “Equinor” şirkətinin nümayəndəsinə istinadən xəbər verir ki, yanğın başlayan vaxt platformada iş olmayıb, hələ mart ayında təmir üçün hasilat dayandırılıb.