London məhkəməsi qarşısına çıxarılan "Wikileaks"in təsisçisi Culian Assanj haqda məhkəmə hökmü verilib.
Median.Az avropa.info-ya istinadən xəbər verir ki, Assanj məhkəmə tərəfindən qoyulan zaminlik şərtlərini yerinə yetirmədiyinə görə, 50 həftə həbs cəzasına məhkum edilib.
"Siz polisə öz istəyinizlə təslim olmadınız. Ekvador səfirliyi ingilis polisini binaya dəvət etməyə məcbur oldu", - hökmü çıxaran Debora Teylor Assanja belə deyib.