Fransada mədəni irs üzrə 1170 ekspert Paris Notr-Dam kilsəsinin təmiri ilə bağlı Prezident Emmanuel Makrona müraciət edib.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, ekspertlər Prezidenti ehtiyatlı olmağa və tələsməməyə, kilsənin təmiri üçün ən mükəmməl yolu seçməyə çağırıblar.
Xatırladaq ki, Fransa Prezidenti kilsənin beş ilə bərpa olunacağını vəd edib.