İspaniyanın Sosialist Fəhlə Partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlib.
Bu haqda “RİA Novosti” məlumat yayıb.
Sosialistlər 350 yerlik konqresə 123 mandat qazanıb. Buna qədər onlar parlamentdə cəmi 85 deputatla təmsil olunurdu.
Artıq protokolların 99,99 faizi hesablanıb. İkinci yeri 66 mandat qazanmış Xalq Partiyası tutub. Üçüncü yerdə isə 57 mandatla mərkəzçilər - “Vətəndaş” Partiyası gəlir.