Yüzlərlə insanın öldüyü son partlayışda qadınların yaxından iştirak etməsi ehtimalına görə, Şri-Lanka hakimiyyəti ölkədə niqab bağlamağı qadağan edə bilər.
Median.Az xarici mətbuata istinadən xəbər verir ki, aprelin 22-də artıq bu istiqamətdə addımlar atılıb.
Bu qərar şübhəlilərin dindirilməsi və şahidlərin təqim etdiyi sübutlardan sonra verilib.
Xatırladaq ki, Şri-Lankada aprelin 21-də Pasxa qeyd edilən zaman partlayışlar baş verib.
Əvvəlcə 3 məbəd və 3 hoteldə 6 partlayış baş verib. Sonra isə adanın qərbində 7-ci, Kolombo kənarındakı yaşayış məntəqəsində isə 8-ci partlayış qeydə alınıb. Yerli mətbuatın məlumatına görə, terror hadisələri "kamikadze"lər tərəfindən törədilib.
Son məlumata görə, partlayışlar zamanı 45-i uşaq olmaqla 321 nəfər ölüb, 525 nəfər yaralanıb.