Amerikalı kişi intihara cəhd etdikdən sonra koma vəziyyətinə düşüb.
Median.Az xarici mətbuata istinadla xəbər verir ki, o, komadan ayılandan sonra eşitdiyi xəbərdən şok olub. Belə ki, xəstəxanadan ona 8 gün üçün 93 min dollar borcu olduğu bildirilib.
Bu barədə Cordan öz "Tvitter" səhifəsində yazıb.
Cordan dərman preparatlarına 6 min dollar, palatada yatdığına görə isə 10 min dollar ödəməli olacaq. Cordanın sözlərinə görə, sığorta onun borcunun müəyyən hissəsini ödəyə biləcək.
"Amerikada intihara cəhd bu qədər bahadır" – deyə amerikalı yazıb.
Sosial şəbəkə istifadəçiləri Cordanın yazdıqlarına təəccüblənib və hər kəs bu mövzuda olan təcrübəsindən danışıb.