Ukraynada Poroşenko ilə Zelenski arasında debat başa çatıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Ukraynada Poroşenko ilə Zelenski arasında debat başa çatıb - YENİLƏNİB

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başa çatıb.

Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

P.Poroşenko yekun nitqində bildirib ki, aprelin 21-də prezident seçkilərinin nəticələrini qəbul edəcək. "Amma 22 apreldə həyat davam edəcək və 22-də biz ölkəni birlikdə qorumaq üçün birləşməliyik. Əsas onu itirməməkdir", - deyə o qeyd edib.

Poroşenko həmçinin diqqəti Krım və Donetsk hövzəsinə nəzarətin qaytarılması zəruruliyinə yönəldib.

V.Zelenski isə öz növbəsində seçkiqabağı proqramının əsas prinsiplərini sadalayıb. Bunlar hamının qanun qarşısında bərabərliyi, hakimlərin və deputatların toxunulmazlığının götürülməsi, prezidentin impiçmenti haqqında qanunun qəbulu, büdcədən maliyyələşən işçilərin maaşlarının artımı, infrastrukturun yaxşılaşmasıdır.//report.az

***20:29

Kiyev Olimpiya Stadionunda Ukrayna prezidentliyinə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat başlayıb.

Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, debatı başlayan tərəf V.Zelenski olub.

Daha əvvəl Ukrayna Daxili İşlər Nazirliyi debatı izləmək üçün stadiona 60 minədək tərəfdarın gələcəyini ehtimal etdiklərini, asayişi təmin etmək üçünsə 10 minədək polisin cəlb olunacağını açıqlamışdı.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 868 19.04.19 22:49