Facebook səhvən 1.5 milyon istifadəçinin elektron poçt kontaktlarını yükləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

Facebook səhvən 1.5 milyon istifadəçinin elektron poçt kontaktlarını yükləyib

Facebook şirkəti etiraf edib ki, o bilmədən 1.5 milyon istifadəçinin razılığı olmayaraq həmin istifadəçilərin elektron poçt ünvanlarındakı kontaktları yükləyib. Bu barədə Business Insider saytına istinadən Rusbase saytı xəbər verib. 2016-cı ilin may ayından başlayaraq Facebook şirkəti istifadəçilərin hesablarını təsdiqləmək üçün onların elektron poçt ünvanlarından əlavə olaraq həmin elektron poçt ünvanlarının şifrələrini də tələb edirdi. Bununla yanaşı şirkət kontaktların yüklənməsini təklif edirdi. Lakin bunun üçün istifadəçinin razılığı olmalı idi.

Median.Az
technote.az-a istinadən bildirir ki, daha sonradan Facebook bu funksiyada dəyişiklik etdi. Belə ki, kontaktların yüklənməsi sualı ortadan yoxa çıxdı, lakin yeni istifadəçilərin elektron poçt ünvanlarından məlumatlar şirkətə ötürülməyə davam etdi. Facebook şirkəti bildirib ki, həmin məlumatlar daha yaxşı reklam targetinqi və insanlara sosial şəbəkə daxilində dost təklifi alqoritminin təkmilləşdirilməsi üçün istifadə edilib. Şirkət təmsilçilərinin sözlərinə əsasən həmin kontaktlar üçüncü tərəfə verilməyib və onlar artıq silinirlər. Şirkət həmçinin bildirib ki, bu hadisənin əhatə etdiyi istifadəçilər bu barədə bildiriş əldə edəcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 525 19.04.19 22:21