Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia vəzifəsindən azad olunub.
Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze müvafiq qərar imzalayıb.
G.Kobulianın səlahiyyətləri onun müavini Natia Turnavaya həvalə olunub.
Qeyd edək ki, G.Kobulia 2018-ci ilin iyulun 12-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə təyin olunub.