2019-cu ilin ən nüfuzlu şəxsləri bəlli olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |     19:43 İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib  |     19:34 Bu məşhurların fəxri adları əllərindən alındı  |     19:25 Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz - TÖVSİYƏ  |     19:07 Dənizin sağlamlıq üçün faydaları üzə çıxdı  |     18:49 Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar  |     18:40 Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ  |     18:31 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür  |     18:22 Azərbaycanda direktor işdən AZAD EDİLDİ  |     18:15 "Bakı Sığorta" ASC ləğv olunur  |     18:07 Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır  |    

2019-cu ilin ən nüfuzlu şəxsləri bəlli olub

ABŞ-da nəşr olunan “Time” dərgisi 2019-cu ilin 100 ən nüfuzlu şəxsinin siyahısını təqdim edib.

Median.Az
report-a istinadən xəbər verir ki, bu gün dərginin saytında həmin şəxslər “Liderlər”, “Artistlər”, “Səcdəgahlar”, “Öncüllər” və “Azmanlar” bölmələri üzrə təqdim olunub.

Belə ki, “Liderlər” bölməsinə ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu, Roma papası Fransisk, Çinin dövlət başçısı Si Cinpin, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini, Venesuela müxalifətinin lideri Xuan Quaido kimi şəxslər daxil edilib.

“Artistlər” bölməsində amerikalı aktyor və prodüser Dueyn Consonla yanaşı, Rəmi Malik, Mahirşələ Əli, Emiliya Klark, Recina Kinq, Yalitza Aparisio kimi simalar da var.

“Səcdəgahlar” arasında müğənnilər Teylor Svift və Ledi Qaqa, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın xanımı Mişel Obama, rejissor Spayk Li, rəssam David Hokni, dizayner Pier Paolo Piççoli kimilərin adı çəkilir.

“Azmanlar” arasında misirli futbolçu Məhəmməd Salah, basketbolçu LeBron James, “Facebook”un təsisçisi və rəhbəri Mark Sukerberq, qolfçu Tayger Vuds, ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauell kimi adlara rast gəlirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 248 17.04.19 20:08