"Paris Notr-Dam kilsəsinin uçmaq təhlükəsi hələ də qalır".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
O, bütün risk amilləri hələlik aradan qaldırılmasa da, bina mütəxəssislərin daim nəzarəti altında olduğunu qeyd edib.
Nazir kilsədəki sənət əsərləri və əşyaların mühafizəsi üçün aidiyyəti qurumlar tərəfindən iki gün sonra fəaliyyətə başlanacağını da diqqətə çatdırıb.
Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.