İranın Simnan və Mərkəzi vilayəti polis əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində 1,1 ton heroin aşkarlanaraq götürülüb.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Simnan vilayəti polis rəisi Ruhuləmin Qasimi jurnalistlərə açıqlamasında deyib.
R.Qasiminin sözlərinə görə, Simnan vilayəti narkotik maddələrlə mübarizə polisi bir neçə aylıq araşdırma nəticəsində bir dəstə üzvlərinin böyük həcmdə narkotik maddəni daşımaq haqda məlumat əldə edib.
Ötən gecə Savə rayonu ətrafında yükü aparan maşın, bir avtomobil və dəstə üzvlərindən biri saxlanılıb.