Gürcüstanın Tleavi şəhərindəki orta məktəblərdən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Median.Az “Sputniknews”a istinadən xəbər verir ki, 20-yə yaxın şagird xəstəxanaya yerləşdirilib.
Zəhərlənmənin səbəbi hələlik məlum deyil.
Mütəxəssislər məktəbdəki su və qidalardan ekspertiza üçün nümunələr götürüb. Zəhərlənməmin səbəbi müəyyənləşdirilənə qədər məktəbdə dərslər dayandırılıb.