İranın İsfahan vilayətinin Nain rayonunda güclü qum qasırğası baş verib.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.
M.Xalidinin sözlərinə görə, güclü qum qasırğası rayonu əhatəsinə alıb və təcili yardım hazır vəziyyətə gətirilib.
Sözçü hadisə nəticəsində itkilərin olmadığını deyib.
İranın İsfahan vilayəti Nain rayonu Neystanək qəsəbəsinin başçısı Həsən Yasini qum qasırğası nəticəsində avtomobillərə ziyan dəydiyini, torpaq evlərin divarları və yanacaqdoldurma məntəqəsinin tavanının uçduğunu deyib.