Malatya İnönü Universitetinin professoru, geologiya üzrə mütəxəssis Məhməd Önal son günlər Malatya və Dənizli sahillərində baş verən ardıcıl zəlzələlərlə bağlı heç də ürək açmayan açıqlama verib.
Median.Az Axar.az-a istinadən xəbər verir ki, türk professor 3-4,5 bal arası baş verən yeraltı təkanları qabaqcıl zəlzələ adlandırıb və bildirib ki, bu təbiət hadisələri daha böyük zəlzələnin “müjdəçisidir”.
“Bunlar bir növ xəbərdarlıqdır. Daha böyük zəlzələ ilə bağlı tədbirlər görülməlidir. Neçə ballıq ola bilər? Bunu demək çox çətindir”.
Qeyd edək ki, zəlzələ proqnozları ilə tanınan hollandiyalı mütəxəssis Frank Hugerbits də 28, 29, 30 mart tarixlərində Türkiyədə böyük bir zəlzələnin ola biləcəyini iddia edib.