WhatsApp istehsalçıları ismarışlar barədə əlavə məlumat toplaya biləcək və spam olub olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı test edirlər.
Median.Az Trend-ə istinadən xəbər verir ki, funksiya "yönləndirmə haqqında məlumat" adlanır. Bu funksiya ilə istifadəçi alınan ismarışın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.
Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarışlar xüsusi simvolla qeyd olunacaq. İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarışları müəyyən etmək üçün əlavə ediblər.
Yeni funksiya spam xarakterli mesajların kütləvi şəkildə yayılmasının qarşısını almağa yönəlib.