Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə məxsus üç “B-52H” bombardmançı təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuşlar həyata keçirib. Median.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Qeyd olunur ki, təyyarələr bir neçə saat fərq ilə ərazidə uçuş həyata keçiriblər.
Məlumata əsasən, ABŞ-a məxsus bombardmançı təyyarələr Rusiyanın dəniz sərhədindən 160-170 kilometr aralıda uçuşlar həyata keçirib.
O da vurğulanır ki, bu tipli təyyarələr nüvə silahları daşımaq gücündədir.