Paytaxtın adının dəyişdirilməsi Qazaxıstana 125 mln. dollara başa gələ bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Paytaxtın adının dəyişdirilməsi Qazaxıstana 125 mln. dollara başa gələ bilər

Median.Az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərinin adının Nur-Sultan adı ilə əvəz olunması 125 mln. ABŞ dollarına başa gələ bilər.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Alpari” analitik informasiya mərkəzinin direktoru Aleksandr Razuvayev məlumat verib.

O, bildirib ki, paytaxtın adının dəyişdirilməsi ucuz proses deyil, əsas xərclər büdcə hesabına həyata keçiriləcək. Xərclər əsasən şəhər sakinləri üçün yeni sənədlərin nəşr olunmasını (təxminən 80 mln. dollar), yeni lövhə və nişanların hazırlanmasını (25 mln. dollar) və yeni xəritələrin hazırlanmasını (5 mln. dollar) əhatə edəcək. Bundan başqa, dövlət idarələri tərəfindən Konstitutsiyanın yeni redaktəsinin və dəyişikliyin aparılacağı müxtəlif qanun nəşrlərinin əldə edilməsi üçün də xərclər tələb olunacaq. Çünki hazırda bütün sənədlərdə “Astana” adı keçir. Buna isə 15 mln. dollar vəsait lazım olacağı proqnozlaşdırılır.

Qazaxıstanın maliyyə naziri Alixan Smailov isə daha əvvəl bildirib ki, paytaxtın adının dəyişdirilməsi ilə bağlı xərclər hələ hesablanmayıb. Onun sözlərinə görə, xərclər dövlət və yerli büdcə hesabına həyata keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 402 23.03.19 19:12