Yeni Zelandiyada bütün yarım-avtomatik silahlar və avtomatlar, o cümlədən Kraystçörç şəhərindəki hücumlar zaman istifadən olunmuş silahların satışı qadağan olunacaq.
BBC-nin məlumatına görə, bu haqda Avstraliya baş naziri Yakinda Ardern bəyanat səsləndirib.
“Martın 15-də bizim tarix həmişəlik dəyişdi. İndi isə bizim qanunların da dəyişməyinin vaxtı çatıb.Hücumlardan altı gün keçib. Biz buradan Yeni Zelandiyada hərbi təyinatlı bütün yarım-avtomat və avtomat silahlara qadağa elan edirik.”, deyə baş nazir bildirib.
Ötən cümə iki müsəlman məscidində törədilmiş terror aktında 50 nəfər həlak olub.
Baş nazir hərbi təyinatlı yarım-avtomat silahların satışının qadağan olunması ilə bağlı yeni qanun layihəsinin aprelin 11-ə kimi qəbul olunacağını gözlədiyini söyləyib.
Bu arada terror aktının bütün qurbanlarının kimliyi artıq müəyyən edildiyindən avstraliyalı neonasist terrorçu Brenton Teranta qarşı əlavə ittihamların irəli sürüləcəyi gözlənilir.
Teront odlu silah almağa icazə verən lisenziyanı 2017-ci ildə Yeni Zelandiyada əldə edib.