Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |     20:20 Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli imkanlarının müzakirəsi davam etdirilir  |     20:11 Naxçıvanda 10 ayda vergi orqanlarına 1 500-ə yaxın müraciət daxil olub  |     20:06 BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür  |     19:57 Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub  |     19:49 Kəlbəcər Şəhər Gününə həsr olunmuş kütləvi qaçış keçirilib  |     19:43 Bu il Gürcüstanda prezident seçkiləri keçiriləcək  |     19:38 Almaniyalı futbolçu Azərbaycan klubunda 40-cı qolunu vurub  |     19:27 Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb, pilot ölüb  |     19:21 Azərbaycan oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     19:15 Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb  |     19:06 Rusiya səfiri: Bakı və İrəvan arasında sülh sazişi onların bütün narahatlıqlarını aradan qaldırmalıdır  |     19:02 Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi  |     18:52 Azərbaycanda həkim vəfat etdi  |     18:23 İki ildən artıq məhkəməsi davam edən türkiyəli iş adamına ağır cəza istənildi  |     18:17 Hərbi ekspert Ədalət Verdiyev həbs edilib  |     18:07 Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB  |     18:07 Sabah Bakının Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     18:06 Oğuzda gənc qadın yanıq xəsarətləri alıb  |    

Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin

Gopetition.com saytında Qazaxıstanın paytaxtı Astanın ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adına dəyişdirilməməsinə dair petisiya yerləşdirilib.

Petisiya martın 20-də saytda yerləşdirilib və onu qısa müddətdə çox sayda insan imzalayıb.

Bakı vaxtı ilə saat 18:50-yə qədər petisiyanı 10 mindən çox insan imzalayıb, saat 20:00-da isə bu rəqəm 13,6 minə çatıb.

“Biz, Qazaxıstan Respublikasının vətəndaşları, paytaxt, rayon və kənd sakinləri, hər bir vətəndaşın azad söz və fikir hüququndan çıxaraq tələb edirik ki, Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nursultan adı ilə dəyişdirilməsin”, - petisiyanın mətnində deyilir.

Petisiyanın müəllifləri qeyd ediblər ki, bir çox sahədə maliyyələşmənin defisiti olduğu halda, paytaxtın adının dəyişdirilməsi böyük büdcə vəsaitləri tələb edir - adi lövhələrdən başlayaraq, naviqasiya sistemləri və beynəlxalq sənədlərdə ad dəyişdirilməli olacaq.

Bundan əlavə, petisiyada qeyd olunur ki, Astana paytaxtın köçürülməsindən sonra formalaşan bir brenddir (1997-ci ildə Qazaxıstanın paytaxtı Almatıdan Akmoluya keçirilib, sonuncunun adı Astanaya dəyişdirilib), və bu brend bir müddət əvvəl beynəlxalq arenada tanınmağa başlayıb.

Müəlliflər həmçinin qeyd ediblər ki, bu məsələ bütün xalq ilə müzakirə olunmalıdır və qərar referendum vasitəsi ilə qəbul edilməlidir.

Xatırladaq ki, ölkə paytaxtı Astananın adını Nursultan Nazarbayevin adını daşıması ilə bağlı təkliflə Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Baxmayaraq ki, Konstitusiyaya dəyişiklik referendum vasitəsi ilə edilməlidir, ölkə parlamenti elə həmin gün müvafiq dəyişiklikləri qəbul edib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 196 21.03.19 11:23