İranın paytaxtı Tehran şəhərinin Mehrabad beynəlxalq hava limanında təyyarə yanıb.
Median.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə FARS agentliyinə istinadən "Reuters" məlumat yayıb.
Bildirilir ki, təqribən 50 sərnişini təxliyə etmək mümkün olsa da, 50-yə yaxın sərnişin göyərtədə qalıb. Əraziyə qəza-xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Başqa məlumat yoxdur.
Mehrabad Tehranın iki beynəlxalq aeroportundan biridir.