Mojo.az Banner
16:07 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ  |     16:00 Nazir generalı təqaüdə göndərdi  |     15:51 Lənkəranda məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub  |     15:31 Zibillər çayın içərisinə axır: Sakinlər artıq dözə bilmir  |     15:20 AQTA “Zeytun Park” MMC-yə məxsus bazarda nöqsanlar aşkarladı - Video  |     15:15 Şəkidə körpə ölümünün təfərrüatı məlum olub: Rusiyadan toya gəliblərmiş  |     15:03 ETX sürücülük vəsiqələri ilə bağlı ÇAĞIRIŞ ETDİ  |     14:52 İş yerini dəyişmək istəyən müəllimlər üçün son mərhələnin vaxtı açıqlandı  |     14:17 Kosmik əməkdaşlıq: "Azərkosmos" və "Starlink" texnologiyaları bir araya gəlir  |     13:54 Mərkəzi küçələrdə talançılıq: Uşaqları cinayətə cəlb edən qohumlar həbs olundular (Video)  |     13:48 Naxçıvanda avtomobillər toqquşdu: Dörd nəfər xəsarət aldı  |     13:38 Polşa səfiri Rusiya XİN-ə çağırıldı  |     13:25 "Crocus City Hall"da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi  |     13:20 Sumqayıtda silah-sursat tapıldı  |     13:14 Bakıda tikintidə FACİƏ - Ölən var  |     13:02 Prezident Tərtərdə zavodun yenidənqurmadan sonra açılışında iştirak etdi  |     12:59 Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir" - Video  |     12:54 Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə qarşı milyonluq təzminat tələbi  |     12:52 Türkiyənin məşhur aktyoru Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanıldılar  |     12:47 "Kələm" kisələrində gizlədilmiş 19 kiloqram narkotik: Biləsuvar gömrüyündən uğurlu əməliyyat  |    
Left Banner
Right Banner

Kim Çen Inın qardaşının “qatili” azad edildi - FOTO

11.03.2019 11:52 3 596
Kim Çen Inın qardaşının “qatili” azad edildi - FOTO
Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən indoneziyalı qadın azad edilib.

Bu barədə BBC məlumat yayıb.

Siti Asiya 2017-ci ildə Kuala Lampur aeroportunda Kimin üzünə VX toksik maddəsi sürtməkdə ittiham olunurdu.

Asiya və onunla əlbir olmaqda şübhəli bilinən vyetnamlı Doan Ti Honq qətllə bağlı ittihamı rədd edir və yumoristik xarakterli qurama televiziya şousunda iştirak etdiklərini güman etdiklərini bildirir.

Belə ki, onların vəkillərinin dediyinə görə, tanımadıqları şəxs onlara “prank”də iştirak edərək, aeroportda və hotellərdə olan insanların üzlərinə maye sürtmələrinə görə yaxşı pul ödəyib.

Məlumata görə, hakim prokurorun vəsatəti əsasında qətllə bağlı cinayət işinə xitam verib. Habelə AFP agentliyi bunun bəraət qərar olmadığını və onun başqa maddə ilə mühakimə oluna biləcəyini yazır.

Təqsiri sübuta yetirilsəydi, Siti Asiya ən ağır cəza – ölüm cəzası ilə üzləşəcəkdi.

Xatırladaq ki, insident 13 fevral 2017-ci ildə baş verib. Kuala Lampurdan Makaoya uçan təyyarəyə minməyə çalışan Kim Çon-Nama iki qadın yaxınlaşıb və əllərini onun üzünə sürtərək, ərazidən uzaqlaşıblar.

Bir müddətdən sonra halı dəyişən Kim xəstəxanaya çatdırılan vaxt yolda keçinib. Məhkəmə tibbi ekspert müayinəsi onun bədənində toksik VX maddəsinin izlərini aşkarlayıb.

Şimali Koreya rəhbərliyi Kim Çen-Namın qətlinin sifarişçisi olması ilə bağlı iddiaları təkzib edir. Lakin qətl günü Malayziyanı dörd şübhəli şimali koreyalının tərk etməsi müəyyən şübhə toxumu səpir.




скачать dle 11.3