Mojo.az Banner
20:45 Qanunsuz və sənədsiz evlərlə bağlı nələr gözlənilir? (Video)  |     20:39 Novruz bu ölkədə rəsmi dövlət bayramı oldu  |     20:36 İndoneziyada sərnişinləri olan təyyarə itib  |     20:30 Filippində tullantı poliqonunda baş verən uçqunda ölənlərin sayı 35-ə yüksəlib  |     20:22 Dünyanın aparıcı kriptovalyutası cüzi ucuzlaşıb  |     20:16 Bazar günü Bakıya sulu qar yağacaq, 4 dərəcə şaxta olacaq - PROQNOZ  |     20:08 İtaliya klubunun prezidenti vəfat edib  |     20:01 Sumqayıtda biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb  |     19:56 İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı (FOTO)  |     19:49 İrəvanda İran əleyhinə keçirilən etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb  |     19:44 Müəllim şagirdi saçını qısaltmağa məcbur edə bilər?  |     19:36 Türkiyədə 21 yaşlı azərbaycanlı tələbə vəfat etdi - FOTO  |     19:31 Maşınlardan maqnitofon oğurlayan şəxs tutuldu  |     19:23 Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı - Video  |     19:15 Avtomobil kanala düşdü - Ölən var  |     19:09 Suriyada kürd dili rəsmi status qazandı  |     19:02 Ötən gün narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilib  |     18:53 Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək  |     18:27 Xaçaturyanın xəstəxanadan fotosu - Video  |     18:24 Alim Qasımovun nəvəsinin toyundan VİDEO  |    
Left Banner
Right Banner

Yeni Zelandiya və Avstraliya təbii fəlakətlərə qərq olub - VİDEO

08.02.2019 23:07 2 313
Yeni Zelandiya və Avstraliya təbii fəlakətlərə qərq olub - VİDEO
Fevralın 5-dən etibarən Yeni Zelandiyanın Cənub adasında gücü meşə yanğını tüğyan edir.

Bu barədə “Euronews” məlumat yayıb.

Vəziyyət qismən nəzarətə götürülsə də, bütün yanğın ocaqlarını söndürmək mümkün olmayıb. Alovun iki min hektara yaxın sahəni əhatə etdiyi bildirilir. Yüzdən çox ailə təxliyyə olunub. Bir neçə binanın tamamilə yandığı xəbər verilir.

Alovla mübarizəyə 12 yanğınsöndürmə komandası, 10 helikopter və iki yanğınsöndürmə aviasiyası cəlb olunub.

Bu arada, Avstraliyanın şimal-şərq sahillərində güclü daşqınlar müşahidə olunur. Taunsvil şəhərində bir həftə ərzində bir illik yağıntı norması düşüb. Azı iki nəfər daşqın qurbanı olub. Çıxılmaz vəziyyətdə qalan insanların təxliyyə olunması üçün fəlakət bölgəsinə hərbçilər göndərilib.

İnsanların müstəqil şəkildə təxliyyə olunmasına icazə verilməyib, belə ki, daşqın sularında zəhərli su ilanları və timsahların üzdüyü bildirilir. Sığorta şirkətləri daşqın fəsadlarının 45 milyon Avstraliya dollarına yaxın ziyan vurduğunu hesablayıb.скачать dle 11.3