Gürcüstanda prezidentin kürəkəni saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |    

Gürcüstanda prezidentin kürəkəni saxlanıldı

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni qanunsuz silah saxlamada şübhəli bilinib.

Median.Az
“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ötən gecə Marqvelaşvilinin qızının həyat yoldaşı Mindiya Qoqoçuri Tbilisidə saxlanılıb.

Ümumilikdə Tbilisi polisi qanunsuz silah saxlama ittihamı ilə iki nəfəri saxlayıb. Qeyd edilir ki, saxlanma zamanı şübhəlilər üzərilərindəki silahları eyvandan atıblar.

Məlumatlara görə, saxlanılan şəxslər qaldıqları evi altı ay müddətinə kirayəyə götürüb.

Xatırladaq ki, Qoqoçurinin diqqət mərkəzinə düşməsi ilk dəfə deyil. İyulda o, bıçaq yarası ilə xəstəxanaya çatdırılıb, 2017-ci ilin yanvarında isə güllə yarası alıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin səlahiyyət müddəti başa çatmaq üzrədir. Ölkənin 5-ci prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 913 06.12.18 13:13